RU EN

ROYAL CLUB FITNESS & SPA

Xidmətlər sahəsi

1,200 kvadrat metrdən çox sahədə yerləşən geniş idman zalı, üzgüçülük hovuzu, cakuzi, uşaqlar üçün hovuz və fito bar yerləşmişdir. Ən son texnologiya ilə təchiz edilmiş şəffaf və təmiz suyu olan rahat üzgüçülük hovuzu sizi rahatlandıracaq, stresinizi götürəcək və əhvalınızı yaxşılaşdıracaqdır.

"Royal Club Fitness & Spa"-da yerləşən hovuz şəhərdə bir neçə bu cür hovuzlardan biridir və xüsusi olaraq intensiv su aerobikası üçün nəzərdə tutulmuşdur.

"Royal Club Fitness & Spa" kompleksində siz həmçinin cakuzi xidmətlərindən istifadə edə bilərsiniz. Cakuzidə çimmək bədəninizə profilaktik və müalicəvi təsir göstərəcək, sizə yaxşı əhval ruhiyyə bəxş edəcək və həyat qabiliyyətinizi yüksəldəcəkdir.

Sağlamlıq mərkəzinə fitnes zalının iki simulyatoru daxildir – onlar xüsusi olaraq qadın və kişilərin məşq etməsi üçün hazırlanmışdır, eləcə də aerobika və pilates üçün geniş zal fəaliyyət göstərir.

“Royal Club Fitness & Spa”-nın idman zalı

dünyanın aparıcı istehsalçılarından alınmış ən müasir avadanlıqlarla təchiz olunmuşdur, bu məhsullar mümkün ən qısa zaman ərzində maksimal nəticələrə nail olmağa imkan verir.

Lyuks sinfinə aid prosedurlar cavanlaşmadan tutmuş dərinin qocalmasına qarşı tədbirlər və daş terapiyası (isti daşlarla masaj), maskaların tətbiqini əhatə edir. Bu xidmətlər 4 müalicə otağında həyata keçirilir, türk hamamı, fin saunası, buxar otağı, qadın və kişilərin spa zonasında fito barlar fəaliyyət göstərir.

Masajın şəfaverici faydası hamıya yaxşı məlumdur. Əsrlər boyu masaj bir çox ölkələrdə müalicə vasitəsi kimi istifadə olunmuşdur.

Masaj qan dövranını yaxşılaşdırır, gərginliyi azaldır və əsəbi sakitləşdirir, tər vasitəsilə bədəndən toksinlərin çıxarılmasına kömək edir.

"Royal Club Fitness & Spa" kompleksinin peşəkar masaj həkimləri müştərilərə geniş çeşiddə masaj növləri təklif edir.

"Royal Club Fitness & Spa"

eyni zamanda gözəllik salonu işlədir ki, burada uzun təcrübəyə malik peşəkar həkim – kosmetoloqlar müxtəlif estetik prosedurlar həyata keçirirlər.

idmanla məhsuldar şəkildə məşğul olduqdan sonra "Royal Club Fitness & Spa"

sizə fito bara baş çəkməyi təklif edir, belə ki, siz orada təbii şirə sifariş edə, istirahət edə və gücünüzü bərpa edə bilərsiniz.

ROYAL CLUB FITNESS & SPA

Dəbdəbəli sağlamlıq mərkəzi “Royal Club Fitness & Spa”,

lyuks yaşayış kompleksi Green Park-da yerləşir və bədənə qulluq üçün bir sıra xüsusi müalicə üsulları, masajlar və idman növlərini şəhərin səs-küyündən kənarda, rahat bir mühitdə təklif edir.

Kompleksin adından göründüyü kimi burada sizi krallara məxsus qulluq və sehrli həzz aləmi gözləyir.

Əgər siz gündəlik həyatdan uzaqlaşıb fasilə etmək istəyirsinizsə, ağır iş günündən sonra rahatlanmaq və xoş anlar və təəssüratlar qazanmaq, rahatlıq və əyləncə dolu aləmə daxil olmaq istəyirsinizsə, onda "Royal Club Fitness & Spa" kompleksinə gəlin.

“Royal Club Fitness & Spa” kompleksində

Siz vaxtınızı xoş keçirmək və istirahət etmək üçün bütün lazımi inqrediyentləri tapacaqsınız. Burada fitnes sənayesinin və SPA-nın moda mərkəzinin ən müasir meylləri öz əksini tapmışdır: SPA-salon, üzgüçülük hovuzu, cakuzi, fitnes otağı, idman zalı, masaj otağı, fito bar və gözəllik salonu.

"Royal Club Fitness & Spa" özlərinə və sevdiklərinə parlaq çalarlar və unudulmaz istirahət bəxş etmək istəyən insanlar üçün yaradılmışdır.

ROYAL CLUB FITNESS & SPA